29 İyul 2015 18:41
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağındakı 2 nömrəli dərin dəniz özülündən 109 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Quyu IX horizontdan qaz-lift üsulu ilə məhsul verib, 3 143-3 132 metr intervaldan sutkalıq 45 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Xatırladaq ki, quyuda istismar işləri “28 May” NQÇİ tərəfindən həyata keçirilir.


Müəllif: