30 İyul 2015 00:53
296

Azərbayacanda qənd və şəkər tozu istehsalı azalır.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2015-ci ilin yanvar-iyun aylarında 144,8 min ton qənd və şəkər tozu istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,5% azdır.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycandan şəkər ixracı da azalır. 2015-ci ilin ilk 6 ayı ərzində 98,2 milyon dollarlıq şəkər ixrac olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 milyon dollar və ya 14% azdır.

Qeyd edək ki, respublikamızda əsas şəkər tozu istehsalçısı İmişli Şəkər Zavodudur. İmişli Şəkər Zavodu gündə 1100-1200 ton yüksək keyfiyyətli kristal şəkər istehsal etmək gücünə malikdir. Yerli çuğundur hesabına İmişli Şəkər Zavodunun xammala olan təlabatının təxminən 15%-i ödənilir. Qalan xammal isə (xam şəkər qamışı) Braziliyadan alınır.


Müəllif: