30 İyul 2015 10:12
330

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,81 dollar və ya 1,69% bahalaşaraq 48,79 dollar təşkil edib.

Teleqraf.com xəbər verir ki, "Brent" markalı neftin qiymətində də müsbət dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,15% yaxud 0,08 dollar irəliləyərək 53,38 dollar olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 56 dollar olacağı etimal olunur.


Müəllif: