18 Aprel 2014 13:40
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Audit yoxlamaları zamanı korrupsiya faktlarının araşdırılması üçün əlavə səlahiyyətlər verilməlidir"

Deputat Vahid Əhmədov Milli Məclisdə Hesablama Palatasının hesabatı ilə bağlı çıxışı zamanı maraqlı fikirlər səsləndirib.

Teleqraf.com bildirir ki, deputat deyib ki, Palatanın hesabatlarına diqqət edəndə nəzarət mexanizmi zamanı nöqsanlar ortaya çıxıb: “Mən 2013-cü ilin hesabatında iki istiqaməti diqqətə çatdırmaq istəyirəm. Səfirliklərin yoxlanılmasında nöqsanlar var. Təhsil Nazirliyində, əsaslı təmirdə ciddi problemlər var. Hesab edirəm ki, institutularda da eyni vəziyyətdir. Biz Milli Məclisdə böyük layihələri nəzərdən keçirirk. Təxminən büdcəsi 300 milyondan 1 milyarda qədər olan layihələri. Mən istərdim ki, Hesablama Palatası bu qurumların yoxlanılması mexanizmini işləyib hazırlasın. Hesab edirəm ki, "Satınalmalar haqqında" Qanuna da yenidən baxmaq lazımdır. Audit yoxlamalarının aparılması zamanı korrupsiya faktlarının araşdırılması üçün Palataya əlavə səlahiyyətlər verilməlidir. Mən hesabata səs verəcəyəm".


Nemət


Müəllif: