1 İyun 2014 16:09
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Azərbaycanın İmişli rayonu ilə sərhəddə müştərək bazarça yaratmaq istəyir. Bunu Meşginşəhr şəhərinin başçısı İbrahim İmami bu gün Azərbaycanlı jurnalistlərlə görüşündə deyib.

Trend-in məlumatına görə, İ.İmami deyib ki, İran və Azərbaycan arasında Meşginşəhr bölgəsində 56 kilometr müştərək sərhəd mövcuddur. Biz bu potensialdan istifadə edərək Azərbaycanın İmişli rayonu ilə sərhəddə "Qanlı bulaq" adlı bazarça yaratmaq istəyirik.

O deyib ki, müştərək bazarça İmişli - Meşginşəhr sərhədində yerləşəcək.

İ.İmaminin sözlərinə görə, artıq bu barədə İranın Azərbaycandakı səfiri Möhsin Pakayin və Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov ilə danışıqlar aparılıb. "Biz həmdə istəyirik bu bölgədə yeni sərhəd- keçid məntəqəsi açılsın. Bu məqsədlə də sabah ölkənin Gömrük idarəsinin nümayəndələri Tehrandan sərhəd-keçid məntəqəsinin açılması məsələsini araşdırmaq məqsədi ilə Meşginşəhr şəhərinə gələcək",-deyə İmami deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında yeni sərhəd keçid məntəqəsinin fəaliyyət göstərməsi hər iki ölkənin sərhədyanı zonalarında yaşayan əhalinin rifahını təmin olunmasına və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına kömək edə bilər.


Müəllif: