4 İyun 2014 11:46

“90 nömrəli kəşfiyyat quyusunda yanğın hadisəsi baş verəndən sonra alt qatlarda araşdırmalar apardıq. Alt qatlarda 20 milyard kub metr qaz aşkar etdik. Bu isə yatağa yeni nəfəs verdi”.

ANS PRESS-in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, Bulla yatağında 123 nömrəli platforma rekord müddətə qurulub:

“İlin sonuna kimi Bulla quyusundan ilk qazımızı əldə edəcəyik. Bu isə o dəməkdir ki, Azərbaucanın köhnə yataqlarının potensialı var. Artıq ikinci platforma üzərində işləyirik. Bu ilin axırına kimi yeni platforma yaradılacaq və burada da 3 quyu olacaq. Bu quyulardan 3 il müddətində hər il 2 milyard kub metr qaz çıxara biləcik”.

Xatırladaq ki, 2013-cü ilin avqustun 17-də Bakının 80 km-də açıq dənizdə yerləşən Bulla-Dəniz yatağında 29 saylı kəşfiyyat quyusunda altı min metr dərinlikdəki qazma zamanı yanğın olmuşdu. Yanğın yalnız 9 həftə sonra söndürülmüşdü.


Müəllif: