4 İyun 2014 12:45
2 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda pambıqdan yağ çəkilir və günəbaxan yağı adı ilə satılır”.

Teleqraf.com-un xəbərinə görə, bunu keçirdiyi mətbuat konfransında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, bu yağlar daha çox çorək zavodları və şirniyat sexlərinə paylanır:

“Hansı ki, küçələrdə satılan “peraşki” bişirilən yerlərdə, bəzi kafe və restoranlarda bu yağlardan istifadə olunur. Brend yağların etiketi ilə ölkədə saxta zeytun yağı hazırlanır və qablaşdırılır”.

Eyyub Hüseynov belə yağların paytaxta daha çox bölgələrdən gətirilidyini və yağ istehsal edən köhnə zavodların zamanından qaldığını deyib.

Naibə


Müəllif: