5 İyun 2014 12:30
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkəti BP ilə birlikdə Xəzər dənizinin dayaz sulu hissələrində neft axtarışlarına başlayır.

Artıq bununla bağlı ARDNŞ ilə BP arasında müqavilə imzalanıb.


Bunu ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.


O həmçinin qeyd edib ki, ARDNŞ bütün səylərini quruda neft yataqlarının tapılması istiqamətinə yönəldib: “Vaxtilə Abşeron yarımadasında mezozoy çöküntülərində neft axtarışları olub, lakin o vaxt olan texnologiya zəif idi. İndi isə texnika və texnologiya quruda neft yataqlarının axtarışlarına imkan verir”.


Həmçinin X.Yusifzadə quruda neft imkanları olduğunu və şirkətlərin quruda neft yataqlarının axtarışında yaxından iştirak etməyə dəvət edib./apa/


Müəllif: