6 Aprel 2016 16:47
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı bu il üçün qlobal neft qiyməti ilə bağlı proqnozunu aşağı salıb.

Teleqraf.com-un məlumatına görə, bankın nəşr etdiyi iqtisadi görünüş hesabatında bu il üzrə neftin orta qiymət proqnozu 53 dollar/barreldən 37 dollar/barrelə endirilib. Həmçinin neftin orta qiymətinin bu il 30 dollar/barrel səviyyəsinə düşə biləcəyi də qeyd edilib.

2017-ci ildə neftin orta qiymətinin 48 dollar/barrelə qalxacağını proqnozlaşdıran bank 2018-ci il üçün orta qiymət təxminini 51,4 dollar/barrel edib.

Dünya Bankı pessimist ssenaridə 2016-cı, 2017-ci və 2018-ci illər üçün neftin orta qiymət proqnozunu müvafiq olaraq 30, 40 və 45 dollar/barrel, optimist ssenaridə isə qiymətin 2016-cı ildə 50, 2017-ci ildə 53, 2018-ci ildə isə 55 dollar/barrel olacağını bildirib.

Teleqraf.com


Müəllif: