18 İyun 2014 12:49
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbində (BANM) “Yataqların işlənməsinin quruda və dənizdə karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Teleqraf.com-un məlumatına görə BANM-nin rektoru Elmar Qasımov çıxışında seminarın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi və Böyük Britaniyanın “Confidence Capital” şirkəti ilə birgə təşkil olunduğunu, məqsədin Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, həmçinin dəniz və quruda karbohidrogen ehtiyatlarının hasilatı sahələrində əldə etdiyi təcrübəni xarici ölkələrin neft-qaz sektorunda çalışan mütəxəssisləri arasında yayılması olduğunu bildirib.


Elmar Qasımov seminar iştirakçıları sırasında bir sıra ölkələrdən gəlmiş mütəxəssislərin olduğunu qeyd edib, 3 gün ərzində seminar iştirakçılarına Bakı Ali Neft Məktəbi, Schlumberger, Halliburton, Statoil və TIORCO şirkətlərinin mütəxəssisləri tərəfindən tədbirin mövzusuna aid çoxsaylı məruzələr təqdim olunacağını və iştirakçıların dəniz neft mədənlərinə səfərlərinin təşkil ediləcəyini söyləyib.

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə tədbirin Bakı Ali Neft Məktəbində təşkil edilməsinin təqdirəlayiq olduğunu, ARDNŞ-nin bu cür tədbirlərə həmişə dəstək verəcəyini vurğulayıb.

İyun ayının 20-də seminar iştirakçıları üçün “Neft daşları” neftqazçıxarma idarəsinin mədənlərinə səfərlər təşkil olunacaq.

NİGAR


Müəllif: