1 May 2016 18:54
541

2016-cı ilin yanvar-mart aylarında istehlakçılara 6 milyard 793,4 milyon manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çox məhsul satılıb.

Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 4,8 faiz artaraq 3 milyard 429,9 milyon manat, qeyri-ərzaq məhsulları üzrə isə 1,9 faiz artaraq 3 milyard 363,5 milyon manat təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebelin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompyuterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,4 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.


Müəllif: