7 May 2016 10:31
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın milli neft firması naziri Rüknəddin Cəvadi "BP" şirkətinin yaxın aylarda Tehranda nümayəndəlik açacağını bəyan edib.

Teleqraf.com "İrna" agentliyinə istinadla xəbər verir ki, 21-ci Beynəlxalq neft, təbii qaz, qaz emalı və neft-kimya sənaye sərgisindən sonra "BP" təmsilçisi ilə görüşən Cəvadi şirkətin, mövqeyinin əvvəlki kimi olmadığını, İrana investisiya qoymaq istədiyini bildirib.

Böyük Britaniya enerji şirkəti olan və mərkəzi ofisi Londonda yerləşən "BP" ötən əsrin ilk illərində yaranıb. 1987-ci ilə qədər dövlət mülkiyyətində olub.

Birləşmiş Krallıq üçün həyati əhəmiyyətli şirkət hesab olunur. Tarixən İran və Fars körfəzinin neft hasilatında mühüm rol oynayıb.

"BP" bəzən olduğu ölkənin siyasi həyatına təsir etməkdə də günahlandırılır.

Mahir


Müəllif: