16 May 2016 01:54
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov mayın 16-da İrana səfər edəcək. Bunu Trend-ə İranın Azərbaycandaki səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, Elman Rüstəmovun səfəri iranlı həmkarının dəvəti əsasında baş tutacaq.

"Elman Rüstəmov İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya ilə görüş keçirəcək", - deyə səfir bildirib.

Həmçinin Möhsün Pakayin bildirib ki, Bakı və Tehran birgə bankın yaradılmasını müzakirə edəcəklər.


Müəllif: