19 İyun 2014 16:13
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kompleks Qazma İşləri Tresti "Abşeronneft" NQÇİ-nin sifarişi ilə "Darvin bankası" yatağında 2 yeni quyunun qazılmasına başlayıb.

Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yataqdakı 740 nömrəli meydançadan qazılan 738 nömrəli quyunun layihə dərinliyi 940 metr, 720 nömrəli meydançadan qazılan 839 nömrəli quyunun layihə dərinliyi isə 1425 metrdir.

Geoloqların hesablamalarına görə, Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcək.


Müəllif: