24 May 2016 16:00
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənab Prezident deyib ki, güclü olmaq üçün nə etmək lazımdır? Güclü olmaq üçün böyük sayda əhali, güclü ordu və güclü iqtisadiyyat. Bu üçü olan yerdə biz güclü ola bilərik.".

Bu sözləri Qubada keçirilən V Qafqaz İqtisadi Forumu zamanı Vergilər Nazirliyinin vergi siyasəti üzrə müşaviri, Akif Musayev deyib. O, çıxışında vergi siyasətində indiyə qədər aparılan dəyişikliklərdən danışıb: "Hamınıza bir sual vermək istəyirəm. Ən yaxşı vergi hansıdır? Yəqin ki, cavab vermək çətindir. Amma belə bir deyim var, “Mənim ödəmədiyim vergi hamısından yaxşıdır”. Birinci növbədə, dövlətin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri hansılardır. Gördüyünüz kimi, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, xüsusilə vergi sahəsinə çox böyük diqqətin yetirilməsi, indiyə qədər aparılmış passiv vergi siyasətindən aktiv vergi siyəasətinə keçilməsi xüsusi əhəmiyyət daşıyır. İndiyə qədər aparılan vergi siyasətində qəbul olunan dəyişikliklərin hamısı: azadolmalar, güzəştlər və s. ümumi əhatə dairəsinə yönəlmiş güzəşt vergiyazmaları vergi dərəcəsinin azaldılması, yəni vaxtilə, yadınızdadırsa, mənfəət vergisinin dərəcəsi kifayət qədər yüksək idi. Tutaq ki, 25%-dən 22%-ə, sonra isə 22%-dən 20%-ə endirilməsi. Bu bütün sahələri əhatə edən bütün vergi dərəcələrinə şamil edilən güzəştlərdir. Sözsüz ki, beynəlxalq təcrübə göstərir ki, belə güzəştlər bir o qədər də fayda vermir. Bu güzəştlər dövriyyə vəsaitlərini vergi ödəyicilərinin biznesin əlində qalmasına yönəlmiş və belə güman olunur ki, azad olunan dövriyyə, bu vəsait gələcəkdə inkişafa yönəlmiş bir sahələrə qoyulacaq və s. Ancaq beynəlxalq təcrübə göstərir ki, bu həmişə belə olmur. Bu şəkildə nəzərdə tutlan azadolmalar, güzəştlər 70% yönəlirsə, uzaq başı 30%-i o istiqamətə yönələr. Ona görə də bu cür güzəşlərdən daha aktiv vergi siyasətinin silinməsi və təyinatı üzrə güzəştlərin verilməsi daha vacibdir".

Akif Musayev qeyd edib ki, əgər, hər hansı bir regionda sənaye müəssisəsi yaradılarsa, bu güzəşlərin edilməsi daha məqsədəuyğundur:

Bu gün də aparılan vergi siyasətinin, demək olar ki, bütün istiqamətləri o şəkildədir. Baxın, sənaye parklarının, texnologiya parklarının yeddi il müddətində vergidən azad olması, nəinki orada olan vergi ödəyicilərinin fəaliyyəti, həm də orada olan operatorların və s. təkcə gəlir vergisindən başqa, yəni əmək haqqından gəlir vergisindən başqa bütün vergilərdən azaddır, yeddi il müddətində həm də orada çalışan iş adamlarının idxalla bağlı olan gəlir vergi öhdəlikləri də vergidən azaddır. Bundan başqa orada olan bütün infrostruktura qoşulma da bütün xərclərdən azaddır. Yəni maksimal dərəcədə dövlət tərəfindən stimullaşdırıcı addımlar atırıq. Hələ vergi məcəlləsi qəbul olunandan indiyə qədər, təsəvvür edin ki, qəbul olunan vaxtda da ixracın stimullaşdırılması ilə bağlı müddəalar nəzərdə tutulur, məsələn, ixrac 0%-lə vergiyə cəlb olunmuşdur. Bu isə o deməkdir ki, o sahəyə cəlb olunan əlavə dəyər vergisi ilə bağlı artıq əvəzləmə səlahiyyəti var və təkcə keçən il, təqribi hesablamalara görə 360 milyona qədər vəsait əvəzləşdirilib".


Müəllif: