26 Yanvar 2017 10:25
1 458
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kolleksiya" layihəsi 2

"Kolleksiya" 1

***

"Kolleksiya" layihəsində təqdim etdiyimiz ikinci sənəd 1929-cu ilə aid tələbə vəsiqəsidir. Üzərində beşguşəli ulduz və çəkic təsviri olan vəsiqədə "A.X.M.K Nərimanof adına Texnikum" ifadəsi yazılıb. Vəsiqənin ikinci səhifəsində isə "A.İ.Ş.C X.M.K Nərimanof adına Texnikum Vəsikə" yazıları qeyd olunub. Yəni Azərbaycan İctimai Şuralar Cümhuriyyəti Xalq Maarif Komissarlığı.

Vəsiqə Həsənağa Zeynalzadə adlı bir şəxsə 1929-cu ilin 1 dekabrında verilib. Həmin tarixdə bu tələbə kimya şöbəsinin gündüz növbəsində üçüncü kursda oxuyub. Vəsiqənin digər səhifəsində isə eyni bilgilər rus dilində verilib.

Teleqraf.com 88 illik nadir vəsiqəni təqdim edir:

Dilqəm Əhməd


Müəllif: