2 Fevral 2017 23:57
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kolleksiya" 7

Öncəki yazı

“Kolleksiya” layihəsində növbəti materialımız II Dünya Savaşı ərəfəsində azərbaycanlı əsgərin ailəsinə göndərdiyi məktubdur. Açıqcanın kimə aid olduğu bilmirik. Məktubdakı tarixdən aydın olur ki, Almaniyanın SSRİ üzərinə hücumuna hələ iki ay var.

Məktubun mətni belədir:

“Əziz ana! Mənim keyfimi xəbər alsan, sağ və salamatam. Sizin də sağ və salamat olmanızı bir olan Allahdan arzu edirəm. Biz 8 gündür ki, yol gedirik. 24/IV/41-ci ildə Ukraynadan keçib Polşa territoriyasına girdik hal-hazırda. 1 sutkalık yolumuz qalıb. Polşaya gedirik. Bu gün ayın 24/IV/41-ci ildə Polşa şəhərinə çatdıq. Bir gün səhərdən axaşama qədər gəzdik. Yumurta 40 q, süd litri böyük butılka 1 r. 35 q. Hal-hazırda yolumuzu davam etdiririk. Salam... atama, Rzaya, xalaya, babaya, məhəllə uşaqlarına, Şuraya”.

Dilqəm Əhməd


Müəllif: