21 İyun 2014 14:39
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaca məşhur ingiltərəli ifaçı Kreyq Devid Bakıdadır.

Teleqraf.com xəbər verir ki, İnstagram-da fotosunu paylaşan sənətçi bu sözləri yazb:

“Salam Bakı! Yenidən burada olmaq mənim üçün çox xoşdur. Öz kollektivimlə sizlərin qarşısında çıxış etməyin sevincini sözlərlə ifadə edə bilmirəm. İlk işim isə Azərbaycan çayı içmək olacaq”.

Qeyd edək ki, Kreyq Devid bu gün müğənni və bəstəkar Emin Ağalarovla birgə “Sea Breeze” otelində konsert proqramı ilə çıxış edəcək. Öncə səhnəyə “Beatheaven” qrupu və DJ Shock & DJ Tim çıxacaq.

Xatırladaq ki, bu, Kreyq Devidin Bakıya ikinci səfəridir.

Aysel Şirinzadə


Müəllif: