23 İyun 2014 11:28
2 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənim qızım çoxdan boşanıb. Bilmirəm, camaat indi niyə ayılıb”.

Bu sözləri Teleqraf.com saytına xalq artisti Flora Kərimova qızı Zümrüdün boşanması xəbərinə münasibət bildirərkən deyib. O, əlavə edib ki, keçmiş kürəkəninin yenidən evlənməsi xəbərini dünən eşidib:

“Bundan xəbərim yox idi. Onun evlənməsini dünən eşitmişəm. Mənə zəng edib, dedilər. Onun evlənməyi məni maraqlandırmır. Evlənibsə, özü bilər. Ona heç bir iradım yoxdur. Həyatıdır, özü bilər. Allaha qurban olum, nəyin doğrusunu bilirsə, onu edir. Qızım öz həyatı, davranışı, tərbiyəsi ilə məni heç bir zaman rüsvay etməyib. Məni qırmayıb”.

Qeyd edək ki, ötən gün “10Lar” verilişində xalq artistinin qızı Zümrüdün boşanması ilə bağlı süjet təqdim edilib. F.Kərimova xəbəri təsdiqləyib:

“Bəli, belədir. Bu, şəxsi məsələdir. Mən anayam. Xahiş edirəm, heç kim mənə bu məsələ ilə bağlı sual verməsin”.

Əldə etdiyimiz məlumata əsasən, Keçmiş kürəkən isə iyunun 28-də yenidən ailə həyatı qurmağa hazırlaşır. O, “Karvan” restoranında baş tutacaq toyuna şou-biznesin tanınmış nümayəndələrini də dəvət edib.

Qeyd edək ki, Zümrüd və Nazim təxminən 10 il evli olublar.

Aytən Həsənova


Müəllif: