23 İyun 2014 12:32
1 064

Dünya pop-musiqisinin kraliçası sayılan amerikalı müğənni Madonna, deyəsən, uzun müddət tək qalmağı xoşlamır.

Teleqraf.com bildirir ki, 55 yaşlı populyar sənətçi indi 26 yaşlı Taymor Steffenslə birlikdədir.

17 yaşlı Lurdes adlı qızı olan Madonna dünən yeni sevgilisi ilə birlikdə Nyu-Yorkda idi.


Madonna əvvəllər 22 yaşlı braziliyalı model və DJ, 22 yaşlı Hesus Lu, daha sonra isə 25 yaşlı fransalı rəqqas Brahim Zeybatla "aşiq-məşuq" idi.

Əri Qay Riçidən 2008-ci ildə boşanandan sonra Madonna ailə həyatı qurmayıb./Milli.Az/


Müəllif: