23 İyun 2014 12:54
2 984

Əməkdar artist Aybəniz Haşımova tələbəsi Fərid Məmmədovun Konçita Vustla bağlı verdiyi açıqlamaya münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, sənətçi bununla bağlı fikirlərini Facebook səhifəsində paylaşıb:
“Fərid Məmmədov Azərbaycan oğullarının adına layiq övladdır. O, dünya musiqisinə uşaqlıq illərindən müraciət edib. İndi də əgər builki “Eurovision” qalibinin mahnısnı oxuyubsa, bu o deməkdir ki, o nəğməni bəyənib, oxumaq istəyib. Buna başqa don geyindirmək lazım deyil. Fəridin əqidəsinə mənim qədər hər kəs bələd ola bilməz. Fərid ölkəmizin nadir istedadlarındandır. Onları ucaltmağa çalışmaq lazımdır. Endirməyə yox”.

Qeyd edək ki, aylar öncə Konçita Avstriya telekanallarının birində Fəridə olan sevgisini belə etiraf etmişdi. “Fərid Məmmədov mənim xəyallarımdakı oğlandır”,- demişdi.

F.Məmmədov isə Konçitanın “Eurovision 2014” müsabiqəsindəki qalibiyyətindən sonra onun mahnısını oxuyaraq, sosial şəbəkədə yerləşdirmişdi.

“10Lar” verilişində təqdim olunan süjetdə isə xəbəri eşidən Konçita Fəridə evlilik təklifi edib:
“Ola bilməz, siz mənimlə zarafat edirsiniz? Əgər məni bəyənirsənsə, barmağıma üzük tax!”.

Qeyd edək ki, A.Haşımova Avstriyanın “Eurovision 2014” təmsilçisi Konçita Vurstun qalib olmasını heç də birmənalı qarşılamamışdı. Hətta o, “Konçita kimilərin qatıldığı yarışmadan Azərbaycan kənara çəkilsə, yaxşıdır”,- demişdi.

Aytən Həsənova


Müəllif: