23 İyun 2014 15:14
2 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənc müğənni Günay İbrahimli paytaxtda yerləşən kafelərdən birində dava salıb.

Teleqraf.com xəbər verir ki, ifaçı ATV telekanalında nümayiş olunan “Hədəf” verilişinin hədəfinə tuş gəlib.

Qeyd edək ki, verilişdə telekanal əməkdaşları tərəfindən “hədəfə”ə alınan yerli şou-biznes nümayəndələri ilə zarafat edilir.

Növbəti qurban isə Günay İbrahimli olub. Belə ki, paytaxt kafelərindən birində ofisiant Günayın üzərinə 2 dəfə isti çay tökür. Daha sonra isə ona kafenin müdirinin şalvarını geyinməyi təklif edir.

Bundan bərk qəzəblənən müğənni isə artıq əsəblərini cilovlaya bilmir. Ofisiantla davaya çıxan G.İbrahimli kafenin müdirinin məsələyə qarışmasını istəyib.

Aytən Həsənova


Müəllif: