3 İyul 2016 09:34

Paris məhkəməsinin qərarına əsasən, Kering konserni Saint Laurent markasının sabiq kreativ direktoru Edi Slimana 13 milyon dollar təzminat ödəyəcək.

Teleqraf.com xəbər verir ki, Slimanın məhkəməyə müraciət etməsinə səbəb onunla müqavilədə dəyişikliklərin edilməsilə bağlı olub. Dəyişikliyə görə, moda evindən getdikdən sonrakı bir il və bəlkə də daha çox müddət ərzində o rəqib brendlərlə çalışmaq hüququna sahib deyil. Ancaq bu dəyişiklik onun işdən çıxmasından sonra qəbul edilib. Məhkəmə isə bu məsələdə Edi Slimanın haqlı olduğu barədə qərar qəbul edib və indi Saint Laurent, Alexander McQueen, Balenciaga və Gucci brendlərinin sahibi olan Kering konserni Slimana 13 milyon dollar ödəməli olacaq. Şayiələrə görə, Edi Sliman öz brendini yaratmaq barədə düşünür.


Müəllif:
Загрузка...