3 İyul 2016 18:25
218

Türkiyəli müğənni Mustafa Ceceli "Xərçəngsiz həyat" dərnəyinə 40 min lirə (təxminən 21 min manat) yardım edib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, ifaçı bu hərəkətinin mediada işıqlandırılmamasını, gizli saxlanılmasını istəyib. O, belə işlərlə gündəmə gəlməyi arzulamadığını bildirib.

Kömək edənlər siyahısında yer alan Mustafa Cecelinin adı sevənlərinin diqqətini çəkib. Onlar sənətçinin bu hərəkətini sosial şəbəkədə yayıblar.


Müəllif: