5 İyul 2016 16:28
1 114

Amerikalı müğənni Madonna Nayrobidə Keniyanın birinci xanımı Кenii Marqaret Keniata ilə görüşüb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Madonna birinci xanımla humanitar işlər sahəsində əməkdaşlıq haqqında müzakirə aparıb. “Global Philanthropy Group” kampaniyası çərçivəsində ana və uşaq sağlamlığı, qadınlara zorakılığa qarşı yönəldilmiş təşəbbüslər barədə danışıqlar aparılıb.

Ümumi məqsədin qadınları və uşaqları qorumaq olduğunu bildirən Кenii Marqaret Keniata Madonnanın ictimai fəaliyyətini yüksək qiymətləndirib.

Rəqsanə


Müəllif: