8 İyul 2016 17:33

Xalq artisti Bilal Əliyev saçına rəng qoyan kişi müğənnilərini tənqid edib.

Axşam.az-ın məlumatına görə, müğənni “5/5” verilişində heç vaxt görünüşündə dəyişikliklər etməyəcəyini deyib: “Saça rəng qoymalarını xoşlamıram. Allah insanı necə yaradıb, ömrünün sonuna kimi elə yaşamalıdır. Bütün hər şeyin o dünyada sorğu-sualı olacaq. Mən heç vaxt saçımı rəngləmərəm.

Mənim hər şeydən başım çıxır. Bu günə kimi həkimə getməmişəm. Müğənniyə nə olar, nə olmaz bilirəm. Məsələn, duzlu, xiyar, pomidor yemək olmaz. Səsə ziyan verir, belə şeylərə “stop” demək lazımdır.

6 yaşımdan aşpaz işləyən atamın yanında çalışmışam. 83 yaşı var, işləmir. Hər şeyi ondan öyrənmişəm”.

B.Əliyev xaricdə yaşayan dostlarının onun hesabına tez-tez pul qoyduqlarını deyib: “Xaricdə dostlarım var ki, gecə yarısında zəng edir ki, hesabına 20 min pul qoyacam, bir az oxu. Oxumuşam, qoyublar da”.


Müəllif:
Загрузка...