9 İyul 2016 16:45
320

“Şou-binzesdən, buradakı insanlardan elə bezmişəm ki... Çoxüzlü, saxtakar, hiyləgər... Kim özünə hörmət edirsə, mən də ona hörmətlə yanaşıram”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri müğənni Natəvan Həbibi “Star life” verilişində deyib.

Sənətçi yeni çıxan və iddialı danışan sənətçiləri ələ salıb: “Gündə bir verilişə yenisi çıxır ki, mən gəlirəm. Sən hara, kimə gəlirsən? İnsanlar bizə baxıb deyir ki, bunlar dəlixanadadırlar. Necə deyə bilərsən ki, mən gəlirəm, çəkilin. Səni götürüb, paket edib, gəldiyin yerə göndərərik. Oxumağa, qulluq etməyə gəlirsiniz də, kimi vurub yıxacaqsınız? Səndə oxuyanda, kiminsə ürəyi gedəcək? Belələrinə görə camaat da bizi pisləyir”.

Natəvan Həbibi özünü “Azərbaycanın Rihannası, Beyonsu” adlandıran həmkarlarına ismarış göndərib: “Özünə “Azərbaycanın filankəsi” deyənləri eşidəndə, ət tökürəm. Bu cür bənzətmələrə pis baxıram. Özün ol, sən o deyilsən, oynayırsan. Heç kimə belə görünməyi məsləhət bilmirəm. Gedir başqa ölkəyə, bunu təqdim edirlər, “Azərbaycanın filankəsi”. Özün ol da, “çuşkarski” görünürsən”.

Müğənni hər zaman öz zövqü ilə geyindiyini bildirib: “Heç kimin fikri ilə oturub-duran deyiləm. Özümə nə yaraşdırıramsa, onu da geyinirəm, edirəm”.


Müəllif: