10 İyul 2016 23:51
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin Qərbi İslamabad və Dalaho bölgəsindən olan nümayəndəsi Hişmətullah Fələhətpişənin avtomobilinə silahlı şəxslər atəş açıb.

APA-nın məlumatına görə, H.Fəlahətpişə Kirmanşah əyalətinin Ricab bölgəsinə səfəri zamanı silahlı hücuma məruz qalıb.

Məlumata görə, “Pejo” markalı avtomobildə olan şəxslər odlu silahla avtomobil karvanını atəşə tutub. Hadisədə Dalaho şəhər bələdiyyəsinin sədrinin sürücüsü və Qərbi İslamabad şəhərinin baytarlıq idarəsinin rəisi həyatını itirib.

Dalaho şəhər bələdiyyəsinin sədri Fəramərz Əkbəri və Kirmanşah əyalətinin balıqçılıq təşkilatının sədri Fərzad Əfzəli isə yaralanıb. H.Fəlahətpişə xəsarət almayıb.


Müəllif: