12 İyul 2016 16:21
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atasının qırxı çıxmamış tədbirə qatılan müğənni Lalə qınaq obyektinə çevrilib.

Teleqraf.com xəbər verir ki, müğənni onu qınayanlara ismarışı göndərib: “Ağır günlərimdə dəstəyə görə Lalə Məmmədovaya və Aybəniz Haşımovaya təşəkkürümü bildirirəm. Dərdi olan nə çəkdiyimi bilir. İçim özümü yandırır, çölüm özgəni...

Mənim günümə sevinənləri, qınayanları Allah başını öz dərdinə elə qatsın ki, mənim yaşadıqlarımı anlasınlar. Pislik eləməyə nə var? İndi dostun-düşmənin kim olduğunu anladım. Allah ölənlərinizə rəhmət eləsin!”.

Müğənni Nüşabə Ələsgərli də Laləyə dəstək olub: “Allah atana qəni-qəni rəhmət eləsin. Səni çox gözəl anlayıram. O ki qaldı sənin dərdinə sevinən məxluqlara, onları boş ver! Əlbəttə ki, bu tüstü bir gün onların da bacasından çıxacaq”.


Müəllif: