13 İyul 2016 15:40
489

“Oğlum məndən məşhurdur. Zəmanə uşağıdır, düşdüyü hər yerə uyğunlaşır. Mənim üçün önəmlisi odur ki, mənəviyyatı olsun. Özü hansı peşəni istəsə, onu seçəcək, mən də arxasında olacam. Onun qərarlarına müdaxilə etmirəm, sadəcə, izah etməyə çalışıram”.

Axşam.az-ın məlumatına görə, bu sözləri ATV-nin aparıcısı Turan İbrahimov deyib.

O, gündəmdə çox olmamasının, verilişlərə qonaq getməməsinin səbəbini açıqlayıb: “İndi xəbər aprıcısı var ki, şou-biznes nümayəndəsindən məşhurdur. Xəbər aparıcısının bu qədər gündəmdə olmasından xoşum gəlmir. Mən bu aləmdən uzaqlaşmışam. Boş vaxtımda ya kitab oxuyuram, ya da ailəmlə vaxt keçirirəm”.

T.İbrahimov gündəmdən düşməyən həmkarlarına söz atıb: “Məni tanıyırlar” düşüncəsində deyiləm. Mənə küçədə yaxınlaşanda da önəmli deyil. Mənim öz rahatlığım üçün qurduğum həyatım var. “Ay məşhuram, tanınıram” kimi kompleksləri aşmışam. Nə qədər sadə olmaq lazımdır bilirəm. Dönər də yeyərəm, metroya da minə bilərəm. Biz kimik ki? Mən şou-biznesdə qlamur obraz yaradan deyiləm. Bu cür edənlərdən də xoşum gəlmir”.


Müəllif: