14 İyul 2016 10:50
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

“14.07.2015... Bir il keçdi. Bəzən zarafata salıb gülürük, amma heç düşmənimə də o anları arzulamıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “İnstagram”da “Eurovision 2011” qalibi Nigar Camal keçən ilin bu günü keçirdiyi avtomobil qəzasını xatırlayarkən yazıb: “Nə qədər için murdar ola ki, əcəb oldu qəzaya düşdü sözlərini deyə biləsən. Sizi bir gün içinizdəki murdarlıq öldürəcək. Qəzanın nə səbəbdən baş verdiyini sadəcə yaxınlarımız bilir. Mən bu hadisədən bir nəticə çıxardım, maşınla, sürətlə zarafat etmək olmaz və məsafəni həmişə qorumaq lazımdır.

Allah qoruyanda qoruyur! Bir də fikir verirəm ki, sosial şəbəkədə “mollalıq edənlərin və dindarların” sayı 313-ü keçib. Kim cənnətlik, kim cəhənnəmlikdir, yaxşı bilirlər”.

Nigar Camal Quba yolunda yerləşən “Beşbarmaq” pirinə gedərkən qəza keçirmişdi.

Rəqsanə


Müəllif: