14 İyul 2016 12:54
1 296
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vasif Məhərrəmlinin canlı yayım zamanı halı pisləşib.

Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişinə gələn zaman efirə qatıla bilməyib.

Aparıcı Zaur Kamal V.Məhərrəmlinin “Xəzər” telekanalının həyətində pis olduğunu deyib: “Təzyiqi 220-yə qalxıb. Təcili yardım çağırmışıq. Studiyanın həyətindədir, maşından çıxa bilmir. Ürəyi bulanır. Canlı yayımdan əvvəl dedi ki, danışa bilmirəm, dilim tutulub".

Daha sonra ifaçının özünü yaxşı hiss etdiyini, təzyiqinin qalxmasına yediyi balın səbəb olduğunu deyiblər.


Müəllif: