15 İyul 2016 13:05
681

Fransanın Nitsa şəhərində baş verən terror zamanı orda olan türk aktyor Onur Büyüktopçudan yeni xəbər var.

Teleqraf.com xəbər verir ki, aktyorun meneceri Talip Demir şəxsi “İnstaqram” hesabında Onur Büyüktopçunun sağ olduğunu yazıb: “İndi telefonda danışdım, yaxşıdır, amma hələ də çox gərgindir. Axşam 22:30-da İstanbulda olacaq. Allah qoruyub”.

Aktyor isə tvitter hesabında bunları yazıb: “Dostlar, narahat olmayın. Mən çox yaxşıyam. Olayın baş verdiyi yerin arxa tərəfindəydik. Bu axşam İstanbula dönürük. Sevgilər”.

Pərvin


Müəllif: