18 İyul 2016 11:18

Əməkdar artist, aktyor-rejissor Nicat Kazımovun oğlu imtahandan yüksək bal toplayıb.

Teleqraf.com xəbər verir ki, aktyor bu barədə feysbukda yazıb. O həmçinin oğlu Mirsənanın ilk tamaşasından fotoları da sosial şəbəkədə paylaşıb: “Oğlum Mirsənanın ilk rolu – Cənnət Səlimovanın quruluşunda “Məkkəyə gedən yol” tamaşasından şəkillər. Onda 10 yaşı vardı. Elə bil dünən idi... Şükürlər olsun ki, bu gün artıq Mədəniyyət və İnsəcənət Universitetinin “Dram teatrı və kino” aktyorluğu fakültəsinə imtahanı uğurla verib, ən yüksək balı qazandı. Allah yolunu açıq etsin. Amin”.

Pərvin


Müəllif:
Загрузка...