18 İyul 2016 20:00

Müğənni-bəstəkar Murad Arif bu günə qədər yazdığı və digər sənətçilərə verdiyi bütün mahnıları özü oxuyacaq.

Axşam.az-ın məlumatına görə, ifaçı bu haqda “Star life” verilişinə açıqlamasında deyib.

O bildirib ki, bunun üçün heç bir ifaçıdan halallıq almayacaq: “Bütün yazdığım mahnıları oxuyacam: “Ona nə var ki”, “Almalarınla”... Onları oxuyanlardan isə inciməklərini soruşmayacağam. Niyə soruşum? Hüquqla danışsaq, mahnının sahibi yalnız müəllifidir”.

Hər zaman təqdimatlarına həmkarlarını çağıran M.Arif “Dondurma”nın tədbirində fərqlilik etməsinin səbəbini açıqlayıb: “Yığırsan deyir ”o gələcəksə, mən gəlmirəm, məni onun yanında otuzdurma, filankəsi çağır, işçisini yox”. Ayıbdır, səni mən çağırıram. Dəvət edənə hörmət qoyun. Bu söhbətlərlə məni yorurlar. Sənin nəyinə lazımdır kim gəlir, kim yox”.


Müəllif:
Загрузка...