24 İyun 2014 16:38

Müğənni Rəqsanə İsmayılova mətbuat konfransı keçirərək yeni klipinə təqdimat edib.

Teleqraf.com xəbər verir ki, sözləri və musiqisi müğənninin özünə aid olan “Çəkmə məndən gözlərini” adlı mahnıya klipi türkiyəli rejissor Teoman Topçu çəkib.

Klipin çəkilişləri Türkiyədə aparılıb. Ekran işində müğənni çimərlik geyimində olub. Belə ki, o, böyük hovuzda, lakin süd içərisində çimir. Onun dediyinə görə sudan qorxduğu üçün rejissor onu cəsarətləndirmək üçün spirtli içki içirib:

“35 yaşıma qədər dilimə spirtli içki dəyməmişdi. Amma rejissor mənim sudan necə qorxduğumu gördü. Təklif etdi ki, bəlkə sənə bir qədəh konyak verək, cəsarətlənəsən, qorxmayasan?! Konyakı çətinliklə də olsa içdim. Əvvəlcə düşündüm ki, piyan olaram. Amma suya necə girdiyimi özüm də bilmədim, hər şey çox yaxşı alındı. Şəkilişimiz uğurlu oldu”.

Müğənni iyunun 30-da “sevgililər günü”nə həsr etdiyi solo konsertindən də danışıb. Yaşıl Teatrda baş tutacaq konsertin xeyriyyə xarakterli olacağənı deyin R.İsmayılova girişin pulsuz olduğunu əlavə edib.

Özünün təşkilati dəstəyi ilə reallaşacaq konsertdə müğənni qızı Aysunun geyim kolleksiyasından əlbisələrlə səhnəyə çıxacaq..

Aysel Şirinzadə


Müəllif: