19 İyul 2016 16:14
1 276
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Zaur Baxşəliyev ona yaltaq deyənlərə ismarış göndərib.

Teleqraf.com xəbər verir ki, Zaur Baxşəliyev “İnstagram”da yoxsul şəraitdə yaşayarkən belə heç kimdən kömək istəmədiyini yazıb: “Zaurun qarnı toxdur, yaltaqlıq edir deyənlərin nəzərinə çatdırıram ki, Zaur yoxluq içində yaşayarkən belə gözü villalarda yaşayanların hasarında olmadı. Çünki hər şeyin insanın öz əlində olduğunu dərk etdi. İstər yoxsul yaşayarkən, istər də indi, hansısa məmurdan heç nə unmadım. Bu haqda düşünməyə vaxtım olmadı. Çünki yaşamaq, irəli getmək üçün əziyyət çəkməli olduğumu düşündüm. Nə nazir əmim, nə deputat, nə də varlı nəslim olub. Müəllim ailəsində böyümüşəm. Atam bir gün gətirib, bir gün yox. Amma anam heç vaxt qazanımızı onsuz açmayıb. Biz belə gördük, bir çoxlarınız kimi! Odur ki, Allahdan istəmək və zəhmət çəkmək lazımdır!”.

Rəqsanə


Müəllif: