20 İyul 2016 18:13
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Qusarda ailəsi ilə birgə istirahət edən müğənni Xuraman Şuşalı sosial şəbəkədə maraqlı video paylaşıb.

Teleqraf.com xəbər verir ki, uçurumun kənarında çəkdirdiyi videosunu rəsmi “İnstaqram” hesabında yerləşdirən müğənni ərinin icazə verməməsinə rəğmən etdiyi hərəkəti etiraf edib: “Yoldaşım nə qədər icazə verməsə də, o uçurumda oturdum. Tərsəm axı... Qayıdıb gələndə mənə nə desə yaxşıdır? “Əgər sən ordan yıxılıb, sağ qalsaydın, gəlib səni o qədər döyəcəkdim ki... Yaxşı ki, yıxılmamışam. Yoxsa xışlayacaqdı məni...”

Pərvin


Müəllif: