22 İyul 2016 13:21
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Gülay Zeynallı tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.

Axşam.az-ın məlumatına görə, istirahətdən yeni qayıdan ifaçının dəri rəngi xeyli tündləşib.

G.Zeynallı bildirib ki, bu il Antalyanın Belek bölgəsində dincəlib: “İstirahətdən yeni gəlmişəm, işlərimin başındayam. Enerji yığıb, yeniliklər edirəm”.

İfaçı son günlər toy məclislərinin az olmasından danışıb: “Toysuzluqdan gileylənmirəm. Əvvəlki illərə nisbətən toy zəifdir. Amma ruzini verən Allahdır, şikayət etmirəm”.

G.Zeynallı biznes qurmaq barədə düşündüyünü deyib: “Biznesim yoxdur. Amma gələcəkdə bununla bağlı planlar qururam. Özünə biznes quran sənətçilərə də uğurlar arzulayıram”.


Müəllif: