22 İyul 2016 20:52

Yaxın günlərdə evlənəcəkləri deyilən Fəxriyyə Evcən və Burak Özçivitin toyu gələn il baş tutacaq.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, xarici ölkədə istirahət etdikdən sonra Burak Özçivit Fəxriyyə Evcənə evlənmə təklifi edib və hə cavabı alıb. Burak Özçivit sevgilisinin Almaniyadakı ailəsinə gedərək onların razılığını alıb. Bir müddət əvvəl onların Romada gizli evlənəcəyi iddia edilmişdi.

İddiaları yalanlayan cütlüyün toyu gələn ilə planlaşdırılıb.

Bu vaxt ərzində Burak və Fəxriyyənin toy hazırlıqları ilə məşğul olacaqları deyilir.

Rəqsanə


Müəllif:
Загрузка...