22 İyul 2016 19:34
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Liverpul" heyətini gücləndirməkdə davam edir.

Qol.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, İngiltərə təmsilçisi bu dəfə "Ausburq"dan ayrılan qapıçı Aleks Manninqeri heyətinə qatıb.

Azad agent statusu alan 39 yaşlı qolkiperin transferi "Liverpul"a pulsuz başa gəlib. "Liverpul"a keçidi ilə bağlı danışan avstriyalı qapıçı bunları bildirib: "Düzünü desəm, bu, mənim üçün sürpriz oldu. "Liverpul"un nümayəndəsinin mənə zəng etməsi çox xoş idi. Mütəmadi olaraq əsas heyətdə yer alacağımı düşünmürəm. Ancaq şans verildiyi müddətdə komandam üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, Avstriya millisinin heyətində 33 oyun keçirən Manninqer karyerası ərzində "Arsenal", "Fiorentina", "Udineze" və "Yuventus" kimi klublarda çıxış edib.


Müəllif: