23 İyul 2016 16:10
301

Aparıcı-bəstəkar Murad Arif sosial şəbəkədə işğal günü müğənilərin iş başında olmasını dəstəkləyib.

Teleqraf.com xəbər verir ki, Murad Arif müğənnilərin və aparıcının işini əyləncə kimi deyil, iş yeri kimi qəbul etdiyini deyib: “Çoxdan bəri populist və cahil insanların dilində əzbər olan bir məsələyə münasibət bildirmək istərdim: “Siz satıcıya, sürücüyə, mühəndisə, həkimə, məmura və ya fəhləyə deyə bilərsiniz ki, "İşğal günü niyə işə çıxmısan, niyə işləyirsən?" Deyə bilməzsiniz! Artistə, aparıcıya, sənətçiyə də deməyin! Kənardan əyləncə kimi görünsə də, sizin işinizdən əskik iş deyil! Sizdən də az yorulmuruq. Bizim xərclərimiz, məsrəflərimiz sizinkindən az olmur. Və biz də ailəmizin sabahı üçün ən az sizin qədər narahatıq. Ona görə də məntiqli və anlayışlı olun!”.

Rəqsanə


Müəllif: