25 İyul 2016 18:00

Türkiyədə yaşayan azərbaycanlı model Sima Şərafətdinova bundan sonra heç bir layihədə yer almayacaq.

Axşam.az-ın məlumatına görə, bu haqda model özü deyib.

O, bildirib ki, bundan sonra təklifləri geri çevirəcək: “Bu gündən mənim üçün yeni bir həyat başlayır. Yeni evə köçürəm. Həmişə xəyalımda olan çəhrayı, nağıllardakı kimi evi qurdum. 4-5 yaşından bəri xəyalını qurduğum işimi 5 illik çalışmadan sonra qazandım. O qədər xoşbəxtəm ki... Bundan sonra aktrisalıq, modellik və televiziya karyerama son qoyuram, həyatımda yeni səhifə açıram. Türkiyədə yaşamaq, məşhur olmaq xəyalımın məni xoşbəxt edəcəyini düşündüm, amma etmədi. Əlimdə olanları qazanmağa başladığım andan etibarən yaxınımda olan, məni sevən dostlarımı itirdim. Məni ruhuma görə sevəcək biri olmadı. Anama, atama belə qarşı çıxara sahib olduğum məşhurluq məni tənhalığa sürüklədi".

Sima bundan sonra məşğul olacağı işi də açıqlayıb: "Beş dil bilən, yaxşı universitetdə təhsil alan biriyəm. Bununla heç kim maraqlanmır. Düşünürəm ki, öz dilində belə danışa bilməyən rejissor, prodüser, model arasında mənim nə işim var? “Youtube” kanalı açacağam, sosial mediada daha peşəkar moda və makiyaj görüntüləri paylaşacağam. Bundn sonra heç bir telelayihədə, filmdə, serialda yer almayacağam. Film və yarışma bitdi, amma sevənlərim azalmadı. Bunu hamı bilir".


Müəllif:
Загрузка...