26 İyul 2016 00:52
561

"Kərim Benzemadan həzz alırdım. 3 ay birlikdə yaşadıq. Onu çox sevirdim". Fanat.az xəbər verir ki, bu sözləri model Samira Salome deyib.

Bir vaxtlar adı Kriştiano Ronaldo ilə çəkilən argentinalı gözəl bu xəbərləri təkzib edib. Əvəzində "Real"ın digər ulduzu Kərim Benzema ilə münasibətlərini etiraf edib, həmçinin “Barselona”dan Dortmund “Borussiya”sına keçən Mark Bartra ilə də görüşdüyünü bildirib.

Samira Salome artıq futbolçulardan uzaqlaşdığını deyib. Onların cavan və pullu olduğu üçün cazibədar olduqlarını etiraf edən gözəlçə futbolçuların ardınca qaçmaqdan bezdiyini qeyd edib.


Müəllif: