26 İyul 2016 11:19
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqqasə Fatimə Fətəliyeva 5/5 verilişində həmkarlarının qısqanclığından danışıb.

Teleqraf.com xəbər verir ki, Fatimə Fətəliyeva həmkarı ilə yaşadığı qalmaqallara da münasibət bildirib: "Müğənnilər rəqqasələrdən daha mehribandırlar. Hər kəs deyir ki, məndən yoxdur. Əvvəllər gənc idim və hər şeyə əsəbləşirdim. 21-22 yaşım olanda kimsə mənə nəsə deyəndə televiziyaya çıxırdım və onun cavabını verirdim. Amma indi elə deyiləm.

Məni sevməyənlər çoxdur. Məryəm Zamanova və Oksana Rəsulova ilə rəqabət aparmıram. Onlar da bu sənətdə əziyyət çəkiblər. Məryəm xanımla vaxtilə söz-söhbətim olub, amma onda çox gənc idim. Sənətə yeni gəlmişdim və heç nədən xəbərim yox idi. Qəlbimdə nə Oksana xanıma, nə də Məryəm xanıma qarşı kin yoxdur. Oksana xanımla problemim çox olub. İstərdim ki, məni sevməyən rəqqasələrlə verilişlərin birində rəqs edək".

Rəqsanə


Müəllif: