26 İyul 2016 15:05

Ana olmağa hazırlaşan xalq artisti Gülyanaq Məmmədova hamiləliyinin dördüncü ayını yaşadığını deyib.

Teleqraf.com xəbər verir ki, Gülyanaq Məmmədova bu haqda Xəzər TV-də danışıb.

Gülyanaq Məmmədova aparıcının “Deyirlər rayonda evinizi sökəndə bir küpə qızıl çıxıb” sualına özünəməxsus cavab verib: “Deməli, xəzinəmiz var, ondan xəbərimiz yoxdur. Köhnə evimiz uçub, yerində yenisi tikilir. Gələcəkdə toylarımız olmayanda xəzinəmizdən istifadə edəcəyik. Evimizin 110 yaşı var idi. Biz atam və anamı o evdən çıxara bilmirdik. Orada 10 uşaq böyüyüb. Orada böyüməyimlə fəxr edirəm”.

Rəqsanə


Müəllif:
Загрузка...