27 İyul 2016 15:26
330

Tanınmış aktyor Mehmet Akif Alakurt sənətdən uzaqlaşıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mehmet Akif Alakurt Braziliyaya köçüb: “Nə soruşursunuz soruşun, amma işim haqqında sual verməyin. İş, layihə, serial və film çəkilişləri yoxdur. Aktyorluq sənətindən uzaqlaşdım. Oynadığım obrazlar sənətimlə bərabər ekranda qaldı”.

Bir müddət əvvəl aktyorun baş rolunu canlandırdığ “Fateh” serialı reytinq qurbanı olub və çəkilişləri dayanıb.
Mehmet Akif Alakurt isə Braziliyada ferma alıb.

Rəqsanə


Müəllif: