28 İyul 2016 12:39
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

CHP lideri Kamal Kılıçdaroğlu haqqında 100 min liralıq (təxminən 54 min manat) təzminat davası açdıran məşhur aktrisa Hülya Avşar iddiasını geri çəkib.

Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğanın hərbi çevrilişə cəhd günü müxalifət liderlərinə açdığı davaları geri çəkərək, birlik və bərabərliyə dəvət etməsinə Hülya Avşar da dəstək olub.

Hülya Avşar ona yaltaq deyən Kamal Kılıçdaroğlu haqqında təzminat davası açdırmışdı. Məşhur aktrisa rəsmi instaqram səhifəsində iddiasını geri çəkdiyini bildirib: “Yetər ki, birlik olsun. Mənə Kamal Kılıçdaroğlunun yaltaq deməsini unuduram”.

Rəqsanə


Müəllif: