30 İyul 2016 14:31

Dünyaca məşhur müğənni Elvis Preslinin gizli sevgilisi üzə çıxıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Elvis Preslinin 1956-cı ildə bir xanımla çəkdirdiyi foto yayılıb.

Hər kəsin maraqlandığı həmin xanımın adı Barbara Graydır. O, ilk dəfə Elvis Presli ilə münasibətləri haqqında danışıb:

“1956-cı ildə Elvis Preslinin Virciniyada qaldığı otelə zəng etdim. Onunla bir saat danışdıq və məni konsertinə dəvət etdi. Bir-birimizdən çox xoşumuz gəldi”.

80 yaşlı Barbara Gray mətbuatda yayılan fotodan da danışıb: “Fotonu konsert öncəsi çəkdirmişdik. Foto mətbuata sızdı və məşhurlaşdı”.

Barbaraya aşiq olan Elvis Presli Nyu-Yorka gedərkən “Mənimlə gəl” deyib, amma Barbara “Bir sevgilim var” deyərək imtina edib.

Hazırda Barbara Gray xoşbəxt olduğunu qeyd edib: “Xoşbəxt ailəm var, amma Elvis ilə getmədiyim üçün çox peşmanam”.

Rəqsanə


Müəllif:
Загрузка...