31 İyul 2016 15:56
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva yenidən özəl həyatı ilə gündəmə gəlib. Türkiyə mətbuatı məşhur modelin iş adamı Öncü Sönmez ilə sevgili olması barədə məlumat yayıb.

Özəl həyatı ilə bağlı musavat.com saytına açıqlama verən G.Musayeva yayılan məlumatların əsassız olduğunu bildirib: “Öncü Sönməz ilə ortaq dostlarımız var. Eyni məkanda görüntülənməyimizin səbəbi budur. Özəl həyatımda heç kim yoxdur. Karyeramla məşğulam, dərs alıram. Hazırda həyatımı oğluma həsr etmişəm. Sevgim də, sevgilim də, həyatım da odur. Oğlumu gələcəyi parlaq insan kimi yetişdirməyə çalışıram. Eşqə vaxt ayırmağa zamanım yoxdur. Tanınmış adamam, sevgilim olsa, əvvəl-axır hamı biləcək. Bu, gizlədə biləcəyim bir məsələ deyil”.


Müəllif: